AZ

"Deputat seçilməsəydim, indi bəlkə də hardaydım bilmək olmazdı" - Deputat

“Səlahiyyəti müddəti bitib gəldikdən sonra diplomatın yeni bir işlə təmin olunana qədər sərəncama götürülmə məsələsi olmadığı üçün şəxsən bir il yarım işsiz qalmışam”.

"Unikal" xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanun layihəsi ilə bağlı çıxışında deputat Ramil Həsən deyib.

“Milli Məclisin deputatı seçilməsəydim, indi bəlkə də hardaydım bilmək olmazdı. Yəni, bu gün bu məsələlərin qanunda öz əksini tapdığı üçün Vətəninə, millətinə xidmət edən diplomatlarımız sərəncama götürüləcəklər və onların məvacibləri ödəniləcək. Bu, bilvasitə humanizm baxımından diplomatlara göstərilən böyük dəstəkdir”, - deyə deputat bildirib.

Qeyd edək ki, R.Həsən 2014-2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi olub.

Anar Kəlbiyev

Seçilən
60
50
unikal.az

10Mənbələr