Suriyanın keçmiş baş naziri Riyad Hicab keçid dövrü üçün ölkə hökumətinə rəhbərlik edəcək.
Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Bu nəşrlər keçid hökumətinin rəhbərliyini 2012-ci ilin iyun-avqust aylarında Suriyanın baş naziri vəzifəsini icra etmiş Hicabın üzərinə götürəcəyinə işarə edir.
Qəzet qeyd edib ki, bu yolla Vaşinqton Suriya silahlı müxalifətinin lideri, Əbu Məhəmməd Əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şara ilə iş görməyəcək.
Məlumata görə, Əl-Culani Dəməşqdə hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasının rəhbəridir.