AZ

Azərbaycan Prezidentinin bəyanatı Sen-Martendə böyük rezonans doğurub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sen-Martenin Birliyi Assosiasiyasının prezidenti, Karib Hövzəsi Elmləri Assosiasiyasının sədri, fəlsəfə elmləri doktoru Roda Rebeka Arrindell Prezident İlham Əliyevə COP29-da verdiyi bəyanata görə təşəkkür edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, R.R.Arrindell deyib ki, Prezident İlham Əliyevin bəyanatı Sen-Martendə böyük rezonans doğurub.
O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu (BTQ) hər zaman onların çatdırmaq istədiyi mesajların yayılmasına kömək göstərib:
"Biz sizin Prezidentinizə COP29-da verdiyi bəyanata görə təşəkkür edirik. Mən bunu bilmirdim, orada deyildim, qayıtdıqdan sonra eşitdim ki, Azərbaycan Prezidentinin bəyanatı Sen-Martendə böyük rezonans doğurub. Biz bunun üçün minnətdarıq, çünki artıq bu bəyanatın bəzi nəticələrini görürük və daha böyük təsirlərin olacağını gözləyirik. Buna əminik!"
Seçilən
31
50
oxu.az

10Mənbələr