AZ

ABŞ-də məşhur iş adamı qətlə yetirildi

“UnitedHealthcare”in baş direktoru Brayan Tomsonun ABŞ-də öldürülməsi ictimaiyyətin tibbi sığorta şirkətlərinə münasibətini ortaya çıxarıb.

"Cebheinfo.az" xəbər verir ki, “UnitedHealthcare”-in daha çox qazanc əldə etmək üçün fırıldaqçılığına görə məsuliyyət daşıyan Brian Thompson sui-qəsd nəticəsində öldürülüb.

Tompsonun qatilini qəhrəman elan edən yüzlərlə insan qətlin törədildiyi yerdə səkidə əyləşərək, onun bir çox xəstəyə müalicə ödənişlərini avtomatik olaraq rədd edən proqramın istifadəsinə icazə verdiyini deyib.

Səhərə qədər musiqi ifa edən, rəqs edən qrupa yoldan keçənlər alqışlarla dəstək olublar.

“ABC News”-a danışan polis rəsmiləri hadisə yerində şifrəli mesajlar olan güllələrin aşkar edildiyini bildiriblər. 

Peşəkar olduğu müəyyən edilən hücumçunun güllələrin üzərinə “rədd et”, “müdafiə et” və “ifadə ver” sözlərini yazdığı öyrənilib. 

Bölgədə hadisənin şahidi olanlar, şübhəlinin hücumu etməzdən əvvəl bir müddət otelin qarşısında dayandığını və Tompsonun atışmadan əvvəl hansı qapıdan çıxacağını bildiyini bildiriblər.

Seçilən
26
cebheinfo.az

1Mənbələr