AZ

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Code8 Hakatonu keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkiledilən Code8 Hakatonu böyük maraqla qarşılanıb. Tədbir texnologiyavə yaradıcılığın birləşdiyi, həm universitet tələbələri, həm dəproqramlaşdırma sahəsində olan peşəkarları bir araya gətirən birplatforma olub.

Hakatonun əsas məqsədi gələcəyin proqramçıları olan gəncləripeşəkar mütəxəssislərlə bir araya gətirərək onların təcrübəqazanmalarını və sahəyə aid biliklərini artırmalarını təmin etməkolub. Eyni zamanda iştirakçılara real iş mühiti şəraitində komandaişi, vaxtın idarə edilməsi və təqdimat bacarıqları kimi yumşaqbacarıqlarını inkişaf etdirmək imkanı yaradılıb.

Tədbir “CodeForFuture” layihəsi çərçivəsində keçirilib.Layihənin məqsədi proqramlaşdırma tədris proqramında təhsil alantələbələrin real iş həyatının simulyasiyasını təqdim edərək onlaragələcəkdəki peşə həyatlarına hazırlıqda kömək etməkdir. Code8Hakatonunda iştirak edən tələbələr müəyyən tapşırıqları təyinolunan müddətdə yerinə yetirib və tapşırıqlarını təqdimatlayekunlaşdırıblar.

Hakatonun iştirakçıları arasında AzMİU-nun seçilmiş komandaları– “Dynamic Deployers”, “API Architects”, “Debug Legends”, “MergeMasters” və “Cloud Coders” yer alıb.

Gərgin mübarizənin sonunda qalib “Merge Masters” komandasıolub.

CodeForFuture layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən2021-ci ilin sentyabr ayında başladılıb, universitet tələbələrininiş həyatına hazırlığını təmin etmək məqsədilə Code Academy iləəməkdaşlıq çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Bu layihəuniversitetlərdə xüsusi tədris mərkəzlərinin yaradılmasını və 2308tələbənin uğurla məzun olmasını təmin edib.

Code8 hakatonu gələcək proqramçıları tapmaq, yeni istedadlarlatanış olmaq və kreativ düşünən gənclərə texnologiyanın inkişafıbarədə vizyon vermək üçün unikal bir platformadır. Tədbir həmçininiştirakçılara öz biliklərini nümayiş etdirmək və sahəyə dairpeşəkar rəylər almaq imkanı yaradır.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
phrase_var_article.chosen
42
1
az.trend.az

2phrase_var_article.sources