AZ

"Bütün Suriyanı alacağıq" - ŞOK AÇIQLAMA

“Həyat Təhrir əl-Şam” lideri Colani Dəməşqə gedib. O, Əməvi məscidində suriyalılarla görüşüb. Qələbə qazandıqlarını bildirən Colani: “Suriya xilas oldu”, - deyib.

Musavat.com xəbər verir ki, Colani CNN TÜRK əməkdaşının suallarını cavablandırıb.

O, bütün Suriyanı nəzarətə götürəcəklərin bildirib: "İnşallah, bütün Suriyanı alacağıq"

"Suriyada elə bir ev yoxdur ki, müharibədən zərər görməsin və ya müharibəyə cəlb olunmasın. Bu zalım bütün Suriya xalqına zülm etdi. Suriyanı İranın ferması etdi. Bu günə kimi Suriya xilas edilib və təmizlənib. Bu qələbə yetimlərin, dulların və şəhidlərin qələbəsidir” - Colani qeyd edib.

 

Seçilən
16
2
paytaxt.org

3Mənbələr