Azərbaycan Mərkəzi Bankı lombard şirkəti "Güvənli" MMC-ni və onun vəzifəli şəxsini cərimələyib.
Valyuta.az xəbər verir ki, AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halı aşkarlanıb. Lombard şirkəti İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsini pozub.
Bakı şəhəri Nəsimi rayon məhkəməsi qanun pozuntusu ilə bağlı “Güvənli” MMC-ni 20 min manat və onun vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edib.
Pünhan