AZ

Azərbaycan Türkiyəyə başsağlığı verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan tərəfi Isparta vilayətində təlim uçuşu zamanı "UH-1" helikopterinin qəzaya uğraması nəticəsində altı hərbçinin həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və qurumun rəhbəri Ceyhun Bayramovun sosial şəbəkə hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin Isparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbir diləyirik", - deyə nazirin "X" hesabında bildirilib.
"Qardaş Türkiyənin Isparta şəhərində helikopterin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması xəbəri bizi çox sarsıtdı və dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı veririk", - deyə XİN-in paylaşımında qeyd edilib.
Seçilən
57
1
oxu.az

1Mənbələr