AZ

Aİ-dən Suriya xalqına həmrəylik mesajı

Bakı, TurkicWorld

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Suriyada Bəşər Əsəd rejiminin süqutunu “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirərək Birliyin Suriya xalqı ilə həmrəyliyini ifadə edib.

TurkicWorld xəbər verir ki, Kallasın Aİ adından verdiyi açıqlamada Əsəd rejiminin süqutu “10 ildən artıqdır ki, münaqişə, zülm və insan əzablarına dözən Suriya xalqı üçün tarixi bir an” olaraq xarakterizə edilib.

Bəyanatda Aİ-nin Suriya xalqı ilə həmrəyliyi elan edilib və "Bu gün biz həm ölkədə, həm də diasporda ümidli, eyni zamanda qeyri-müəyyən bir gələcəyə qorxusu olan bütün suriyalıların yanındayıq. Hər kəsin yenidən birləşmək, sabitləşmək və Suriyada sülhün bərqərar olması üçün imkanları var. Ölkələrini yenidən qurmaq, ədaləti bərqərar etmək və hesabat verməyi təmin etmək lazımdır." bəyanatlar daxil edilmişdir.

Bəyanatda ədalətin bərpası, qurumların yenidən qurulması və dinc keçidin təmin edilməsinin vacibliyinə diqqət çəkilərək, Suriyanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin qorunmasının, hər cür ekstremizmin rədd edilməsinin vacibliyi vurğulanıb.

Bəyanatda bütün tərəfləri zorakılıqdan çəkinməyə, mülki şəxslərin müdafiəsini təmin etməyə və beynəlxalq hüquq normalarına riayət etməyə çağıraraq, paytaxt Dəməşqdə xristianların və digər azlıq icmalarının, eləcə də xarici vətəndaşların və diplomatik nümayəndələrin təhlükəsizliyinin təmin edilməsi lazım olduğu bildirilib.

Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.
İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,
Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.
Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.

Seçilən
14
32
turkic.world

10Mənbələr