AZ

Ölkəsinə dönən suriyalılara 1000 avro ödəniləcək

Suriyada 54 ildir hakimiyyətdə olan Bəşər Əsəd rejiminin devrilməsi bütün dünyada suriyalı qaçqınlar tərəfindən coşqu ilə qarşılanıb.

News24.az xəbər verir ki, Türkiyədən sonra ən çox qaçqına sığınacaq verən ölkələrdən biri olan Almaniya suriyalıların öz ölkələrinə sürətlə qayıtmasını təşviq etmək üçün yeni proqramla bağlı işləri sürətləndirib.

Parlamentə təqdim edilın təklifdə Almaniyadakı suriyalı qaçqınların ölkələrinə qayıtmasını təşviq etmək üçün ödəniş də yer alıb.

Təklif parlamentdən keçərsə, ölkələrinə qayıtmaq üçün müraciət edən bütün suriyalılar pulsuz uçuş biletindən əlavə 1000 avro da ödəniş alacaqlar.

Aynurə

Seçilən
23
news24.az

1Mənbələr