AZ

Silahlı müxalifət Suriyada qadınların hicab məcburiyyətini qadağan edib

Silahlı

Suriyadakı silahlı müxalifətin komandanlığı qadınların öz geyimlərini seçmək hüquqlarını tanıyıb və məcburi hicab taxmağı qadağan etdiyini açıqlayıb.

Reyting.az
bildirir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti yazıb.

Nəşr komandanlığın sözlərindən sitat da gətirib:

“Ali Komandanlıq qadınları müəyyən üslubda geyinməyə məcbur etməyi, onların seçim hüququna müdaxilə etməyi və ya xarici görünüşü ilə bağlı iddialar irəli sürməyi qəti şəkildə qadağan edir”.

Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında onlar Hələb, Həma, Dəra və Homs da daxil olmaqla bir neçə əsas şəhəri nəzarətə götürüblər. Dekabrın 8-də isə müxalifət qüvvələri Suriya hökumət qoşunlarının geri çəkilməyə məcbur edildiyi Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb.

E. KAMAL
Seçilən
70
reyting.az

1Mənbələr