AZ

Suriyanın səfirliklərində bu bayraq qaldırıldı

XALQ.AZ TASS istinadən xəbər verir ki, Suriya müxalifətinin bayrağı Moskvadakı Suriya səfirliyinin binasına quraşdırılıb.

Dünyanın bir çox ölkələrində yerləşən Suriya səfirliklərində rəsmi dövlət bayrağı dəyişdirilir. Bəşər Əsəd dövründə istifadə olunan ənənəvi qırmızı, ağ və qara zolaqlı (2 ulduzlu) bayrağın yerinə müxaliflərin istifadə etdiyi yaşıl, ağ və qara rəngli (3 ulduzlu) bayraqdan istifadə edilməyə başlanıb.

Diplomatik nümayəndəlikdən bildirilib ki, səfirlik yeni bayraq altında normal rejimdə fəaliyyət göstərir.

Bir gün əvvəl, dekabrın 8-də binadan Suriya Ərəb Respublikasının dövlət bayrağı və səfirliyin adı yazılmış lövhə götürülüb.

Seçilən
17
xalq.az

1Mənbələr