Bazar ertəsi Yaponiya hökuməti parlamentə cari maliyyə ilində (2025-ci ilin martında başa çatır) milli iqtisadiyyata yeni dəstək paketinin maliyyələşdirilməsi üçün 13,9 trilyon yen (təxminən 92,7 milyard dollar) məbləğində əlavə büdcə layihəsi təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Kyodo" məlumat yayıb.
Hökumətin planlarına görə, göstərilən məbləğin 3,4 trilyon yeni inflyasiya ilə mübarizəyə, 5,8 trilyon yeni birbaşa iqtisadiyyatın stimullaşdırılmasına, xüsusən də süni intellekt və yarımkeçiricilər sahəsinin dəstəklənməsinə yönəldiləcək, qalan 4,8 trilyon yen isə plkənin təhlükəsizliyini gücləndirmək istifadə olunacaq.
Yaponiya hökuməti əlavə büdcənin təqribən yarısını yeni istiqraz emissiyaları vasitəsilə əldə etməyi planlaşdırır və bu, artıq dünyanın əsas inkişaf etmiş iqtisadiyyatları arasında ən pis olan Yaponiyanın maliyyə vəziyyətinin daha da pisləşməsi qorxusunu artırır.
Əlavə büdcə dekabrın 21-də parlamentin cari iclasının sonuna kimi qəbul edilməlidir. Lakin baş nazir Şiqeru İşibanın hakim Liberal Demokrat Partiyası və onun koalisiya tərəfdaşı Komeyto səsvermədə çətinliklərlə və ya bir sıra başqa problemlərlə üzləşə bilər. Qanunun qəbulu müxalifət partiyalarından hökumətin təşəbbüsünü dəstəkləməsini tələb edir.
Paşa Məmmədli