AZ

"İtlərə qıcıqlandırıcı hərəkətlər etmək, fit çalmaq, əl çalmaq olmaz, əks halda..." — AÇIQLAMA

"Bakı və rayonlarda, bölgələrdə küçə itlərinin mütəmadi olaraq müşahidə olunması qeydə alınır. Müəyyən qismi insan həyatı üçün təhlükə törətməsə də, bəziləri təhlükə törədir. İtlərin insanı dişləməsi nəticəsində insanda müalicəsi mümkün olmayan quduzluq xəstəliyi yarana bilər. İt dişləməsi hallarında mütləq quduzluq əleyhinə vaksin vurulmalıdır. Hücuma məruz qalan şəxs vaxt itirmədən tibb müəssisəsinə müraciət etməlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.

"Bu hallardan qorunmaq üçün profilaktik tədbirlər görülməlidir. İtlərə qıcıqlandırıcı hərəkətlər etmək, fit çalmaq, əl çalmaq olmaz. Nəticədə it hücum edəcək. Hücum zamanı yerə uzanmaq yaxşı nəticə verməz. Həssas yerlərinə xəsarət yetirməklə özünü müəyyən qədər qorumaq mümkün ola bilər. Avropa ölkələrində küçədən itlərin yığılması ilə məşğul olan sığınacaqlar var. Və ya bir qisminin quduz olub olmaması yoxlanılır. Quduzluq yoxdursa, müəyyən vaksinlər vurulub küçəyə buraxılır. Ölkəmizdə sığınacaqlar olsa da, yer məhdudiyyəti var. Daha böyük sığınacaqlar təmin olunmalı, itlərin saxlanması həyata keçirilməlidir".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
45
demokrat.az

1Mənbələr