Böyük Britaniya Gürcüstana bütün yardım proqramlarını dayandıracaq və respublika hökuməti ilə qarşılıqlı əlaqəni məhdudlaşdıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi məlumat verib.
"Mövcud hadisələr fonunda Böyük Britaniya Gürcüstan hökumətinə bütün proqram dəstəyini dayandıracaq, müdafiə sahəsində əməkdaşlığı və Gürcü Arzusu Partiyasının nümayəndələri ilə əlaqəni məhdudlaşdıracaq", - Lemmi qeyd edib.
O, həmçinin polislə Aİ nümayişçilər arasında baş verən toqquşmaları pisləyib.
Müəllif: Arzu