Bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə start verilib.
“İki sahil” xəbər verir ki, yarışda "Ocaq Sport" Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Sərhədçi Olimpiya İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar qüvvələrini sınayırlar.
Çempionatda idmançılar balacalar (2014-2016), yeniyetmələr (2011-2013) və gənclər (2010-2011) yaş kateqoriyalarında mübarizə aparırlar.
İlk günün qalibləri fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşib. Yer tutanlar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Milli Gimnastika Arenasında keçirilən turnirə dekabrın 11-də yekun vurulacaq.