AZ

Abxaziyada məktəblər və uşaq bağçaları bağlanacaq

Abxaziyada enerji çatışmazlığı səbəbindən məktəblər və uşaq bağçaları çərşənbə axşamından etibarən bağlanacaq.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bunu Abxaziyanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba bildirib.

...Təəssüf ki, Abxaziyada enerji təchizatı ilə bağlı vəziyyət pisləşib və biz bu gün bir sıra qərarlar qəbul etməyə məcbur olduq. Onlardan biri odur ki, çərşənbə axşamından məktəblərin və uşaq bağçalarının işini dayandıracağıq.

Onun sözlərinə görə, bazar ertəsindən etibarən Abxaziyada işıqlar gün ərzində 2 saat 20 dəqiqə yandırılacaq.

Saat 21:00-dan 07:00-a kimi elektrik enerjisində fasilələr olmayacaq.

Əvvəllər bildirilirdi ki, Abxaziyada yeni işıqlandırma cədvəli 2024-cü il dekabrın 9-dan fəaliyyətə başlayacaq.

Dekabrın 4-də Bqanba hökumət üzvləri ilə görüş keçirib. İclas zamanı o, energetika sahəsində fövqəladə vəziyyət elan edib və buna görə də respublikada fövqəladə vəziyyətin tətbiq edilməli olacağını istisna etməyib.

Əli Babayev

Seçilən
42
9
sia.az

10Mənbələr