AZ

“Bayern” iki futbolçusunu birdən itirdi

Almaniya Bundesliqasının 13-cü turu çərçivəsində “Haydenhaym” üzrəində ev qələbəsi (4:2) “Bayern”ə baha başa gəlib.

Arena.az Almaniya nəhənginin mətbuat xidmətinə istinadən məlumat verir ki, oyundan sonra Münhen klubunun iki futbolçusunun birdən sıradan çıxdığı aşkarlanıb.

Tibbi müayinə kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvis və fransalı sol cinah hücumçusu Kinqsli Komanla bağlı xoşagəlməz zədə diaqnozunu təsdiqləyib. Hər iki futbolçunun bud əzələlərinin gərilməsi ilə üzləşdiyi bildirilir. Qarşıda, bir müddət sonra futbolçuları daha bir tibbi müaəyinə gözləyir. Məhz bundan sonra Deyvis və Komanın hansı müddətə sıradan çıxdığı məlum olacaq. Hələlik bu haqda heç bir təxmin yoxdur.

13 oyundan 33 xalla “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Seçilən
19
arena.az

1Mənbələr