AZ

Böyük Britaniya Gürcüstana bütün yardım proqramlarını dayandıracaq

Böyük Britaniyanın xarici işlər naziri Lammi Gürcüstana bütün yardım proqramlarının dayandırıldığını açıqlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Reuters yazır.

"Mövcud hadisələr fonunda Böyük Britaniya Gürcüstan hökumətinə bütün proqram dəstəyini dərhal dayandıracaq. Gürcü Arzusu Partiyasının nümayəndələri ilə əlaqəni məhdudlaşdıracaq", - deyə Lammi bildirib.

O, həmçinin polisin Aİ tərəfdarı nümayişçilərlə  toqquşmasını pisləyib.

Böyük Britaniyanın xarici işlər naziri Avropanın demokratik norma və azadlıqlarına riayət etməyə çağırıb.

Noyabrın 28-də Gürcüstanda hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etirazlar başlayıb.


Əfsanə Kamal
Demokrat.az


Seçilən
22
demokrat.az

1Mənbələr