AZ

PSJ-ni tərk edəcək

Milan Şkrinyar mövsümün sonunda PSJ-ni tərk edəcək.

Bu məlumatı Fabritsio Romano yayıb. Tanınmış insayder Şkrinyarın hazırkı komandasında əsas heyətdə möhkəmlənə bilmədiyini əsas gətirir. Bu səbəbdən gələn yay onun başqa kluba yollanmaq ehtimalı yüksəkdi.

Xatırladaq ki, slovakiyalı müdafiəçi PSJ-yə 2023-cü ilin yayında azad agent kimi gəlib. O, Fransa klubu ilə ötən mövsüm 24 çempionat matçında iştirak etsə də, bu mövsüm yalnız 4 oyunda şans qazanıb. 29 yaşlı Milanın PSJ ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Seçilən
19
football-plus.az

1Mənbələr