Partiya siyasi məhbusların azadlığa buraxılmasını tələb edib
Dekabrın 9-da Müsavat Partiyası Divanının iclasında Azərbaycanda ictimai-siyasi vəziyyət müzakirə olunub.
Partiyanın mətbuat xidməti bildirib ki, Divan üzvləri ölkədə siyasi motivli həbslərə son qoyulması ilə bağlı yerli və beynəlxalq ictimaiyyətin tələb və çağırışlarına baxmayaraq, davam edən repressiyaları pisləyiblər.
Partiya əsassız olaraq saxlanılan politoloq Azər Qasımlının və siyasi motivlərlə həbs olunmuş digər şəxslərin dərhal azadlığa buraxılmasını tələb edib.