AZ

Tovuzda dramatik oyun və 5 qol

Azərbaycan Premyer Liqasında XVI tura “Turan Tovuz” – “Şamaxı” oyunu ilə yekun vurulub.

Msport.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan ev sahibləri qələbə qazanıb – 3:2.

Qarşılaşmada hesabı qonaqlar açıb. 12-ci dəqiqədə Belajdi Pusi sabiq komandasını cəzalandırıb. Meydan sahiblərinin cavab qolu özünü çox gözlətməyib. 9 dəqiqə sonra Roderik Miller adını tabloya yazdırıb. Bununla belə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fasiləyə 6 dəqiqə qalmış növbəti qolun sevincini yaşayıb. Bu dəfə Edqar Adilxanov dəqiq zərbə müəllifi olub. Qərb təmsilçisi 60-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Alexandro Serrano penalti zərbəsindən fərqlənib.

Bu nəticənin ardından “Turan Tovuz” 30 xalla üçüncü, “Şamaxı” isə 13 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”i, “Sumqayıt” “Neftçi”ni 2:0, “Zirə” isə ‘Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. “Sabah” və “Qarabağ” komandalarının dueli heç-heçə başa çatıb – 1:1.

Seçilən
23
msport.az

1Mənbələr