AVRO-2024-dəki çıxışından sonra yaddaşlarda qalan Türkiyə millisinin müdafiəçisi Samet Akaydın Avropa klublarının diqqətini çəkib.
AzxeberSport Türkiyə mətbuatına istinadən xəbər verir ki, müdafiəçini Almaniyanın "Maynts" klubu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Akaydın icarəyə getdiyi Yunanıstanın "Panatinaikos" klubundan qayıdaraq "Fənərbaxça"yla məşqlərə başlayıb.