AZ

Kiyev üçün növbəti yardım paketi təsdiqləndi: 4.2 milyard

Avropa İttifaqı Şurası Ukraynaya makromaliyyə sabitliyini dəstəkləmək və dövlət qurumlarının fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan yardım proqramı çərçivəsində ikinci tranşın ödənilməsini təsdiqləyib. 

Valyuta.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.  

Avropa Komissiyası noyabrın ortalarında Kiyevə ikinci tranşın köçürülməsini tövsiyə edib. Avqust ayında isə Ukrayna hakimiyyətinin Avropa İttifaqının xüsusi fondundan 4,2 milyard avro məbləğində birinci tranşı aldığı bildirilmişdi. Bundan əlavə, martdan iyun ayına qədər Avropa Komissiyası bu proqram çərçivəsində Kiyevə 7,9 milyard avro məbləğində maliyyə vəsaiti təqdim edib.  

Beləliklə, bu ödənişdən sonra Avropa İttifaqının 2024-cü ildə Kiyevə verdiyi ümumi yardımın məbləği 16 milyard avronu ötəcək.  

Bundan öncə Polşanın maliyyə nazirinin müavini Pavel Karbovnik (Pawel Karbownik) bildirib ki, Avropa İttifaqı "G7"nin dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsü çərçivəsində Ukraynaya 50 milyard dollar həcmində maliyyə yardımı təqdim edə bilər.  

Onun sözlərinə görə, hətta ABŞ-da Donald Trampın (Donald Trump) prezidentliyi dövründə bu vəsaitlərin ötürülməsi ləngisə və ya ABŞ proqramdan çıxsa belə, Avropa bu məsələnin öhdəsindən təkbaşına gələ bilər. Yardımın, əsasən, Rusiya aktivlərindən əldə ediləcək gəlirlər hesabına ödənilməsi planlaşdırılır. Bundan əvvəl isə Ukrayna Maliyyə Nazirliyi Avropa İttifaqı ilə bu təşəbbüs çərçivəsində 35 milyard avroya qədər kredit haqqında razılaşma imzaladığını açıqlamışdı.  

Rəhim

Seçilən
23
valyuta.az

1Mənbələr