Bakı. Trend:
Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoquntərəfdarı olub.
Trend xəbər verirki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PrezidentKompleksində keçirilən hökumət iclasından sonra deyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə tarixi dəyişən, güclüdemokratiyaya, inkişaf edən iqtisadiyyata və beynəlxalq arenadatəsir gücünə malik ölkə kimi irəliləyir.
O, həmçinin Türkiyənin Oman Sultanı Heysəm bin Tariqin tarixisəfəri çərçivəsində 10 müqavilənin imzalanmasına diqqət çəkib.
Suriyada baş verən son dəyişikliklərə toxunan R.T.Ərdoğan, 13illik vətəndaş müharibəsinin yeni mərhələyə keçdiyini və BƏƏSrejiminin süqut etdiyini bildirib. O vurğulayıb ki, Türkiyə hərzaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub vəSuriyanın ərazi bütövlüyünü müdafiə edib.
“Tarix və coğrafiya bizə öhdəliklərimizi xatırladır. Biz həmişəqonşularımıza yardım etməyə hazır olmuşuq. Suriyadakı dəyişikliklərbütün suriyalılar, xüsusilə də qaçqınlar üçün müsbət nəticələrverəcək,” – deyə, o vurğulayıb.