AZ

Aİ-dən Suriya xalqına həmrəylikMESAJI

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas, Suriyada Bəşşar Əsəd rejiminin çöküşünü "tarixi dönüş nöqtəsi" adlandıraraq, İttifaqın Suriya xalqı ilə həmrəy olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, Kallasın Aİ adından verdiyi açıqlamada Əsəd rejiminin çöküşü, "10 ildən çox müddətdə münaqişə, təzyiq və humanitar əzablara dözən Suriya xalqı üçün tarixi an" kimi qiymətləndirilib.

Açıqlamada belə deyilir:

"Bu gün həm ölkədə, həm də diasporada olan, ümidlə dolu, lakin eyni zamanda qeyri-müəyyən gələcəkdən qorxan bütün suriyalıların yanındayıq. Hər kəsin öz ölkəsini yenidən birləşdirmək, sabitlik yaratmaq, yenidənqurma, ədaləti təmin etmək və məsuliyyətin icrasını həyata keçirmək imkanı olmalıdır". 

Seymur BƏNNAYEV 

 

Seçilən
25
redaktor.az

1Mənbələr