Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya təxminən 4,1 milyard avro maliyyə yardımı göndərilməsini təsdiqləyib.
Redaktor.az xəbər verir ki, Aİ-nin açıqlamasına görə, bu yardım, 2027-ci ilə qədər nəzərdə tutulan 50 milyard avroluq mali dəstək paketinin ikinci ödənişi kimi qəbul edilib.
Bəyanatda Ukraynanın makro-mali sabitliyini və dövlət idarəçiliyinin işini dəstəkləmək məqsədinin vurğulandığı, həmçinin ölkənin nəzərdə tutulan şərt və islahatları yerinə yetirdiyi qeyd edilib.
Seymur BƏNNAYEV