AZ

"Azercell" işçi axtarır - VAKANSİYA

Azercell

Təchizat Departamenti /Mütəxəssis-Supply Chain Management Specialist

 Son tarix 18 dek 2024  - Müraciət et

Azercell Ailəsinə qatılmağa dəvət edirik: 

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq. 

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Rəqabətli əmək haqqı
  • Korporativ nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. 
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

Əsas vəzifə öhdəlikləri:

  • Təchizatçı bazasını mütəmadi olaraq yeniləmək və genişləndirmək
  • Təchizatçının inhisarçı mövqeyinin qarşısını almaq məqsədi ilə, bazarda üstünlük təşkil edən alternativ texnologiyaları, məhsul və yeni təchizatçıları nəzərə almaq
  • Təchizatçı bazarını mütəmadi araşdırmaq və təhlil etmək
  • İddiaçıların müəyyən edilməsi (Bidder List)
  • Ehtiyac olduğu halda VMD yaradılması və nəzarəti
  • Müsabiqəyə Dəvət sənədinin hazırlanması və göndərilməsi
  • İddiaçıların sorğularının cavablandırılması
  • Müsabiqə təkliflərinin alınması
  • Zəruri yoxlamalar prosesini icrası
  • Təkliflərin qiymətləndirilməsi
  • Yekun danışıqların aparılması və ən yaxşı təklifin alınması
  • Müsabiqə üzrə qalibin müəyyən edilməsi və birbaşa rəhbər ilə razılaşdırılması
  • Satınalmanın nəticəsinə dair hesabat formasının hazırlanması
  • Müqavilənin yaradılması və imzalanmasının təşkili. Alış tələbinin (PO) yaradılması
  • İş prosesinin təkmilləşdirilməsi ilə əlaqədar innovativ ideyaların təqdim edilməsi

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Təhsil - Ali təhsil
  • İş təcrübəsi - Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Dil bilikləri - Azərbaycan dili əla, Rus dili və İngilis dili yaxşı səviyyədə 
  • Texniki biliklə- MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel)
  • Hər hansı ERP sistemlərində iş təcrübəsi/bacarığı;
  • Əlavə Tələblər -  Yüksək kommunikasiya və təqdim etmə bacarığı

Yetkinliklər:

  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Nəzarət etmək qabiliyyəti;
  • İşləri yüksək səviyyədə icra etmək bacarığı;
  • Yekun nəticəyə yönəlmə bacarığı.

Seçim mərhələləri:

  • CV-lərin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

Son müraciət tarixi: 17th December 2024 06:00 PM

Seçilən
41
1
fed.az

1Mənbələr