AZ

Santa Klausun dəfn yeri: Arxeoloqlar sarkofaqın tapıldığını elan etdi

Türkiyənin Demre bölgəsindəki Müqəddəs Nikolay kilsəsində arxeoloqlar əhəngdaşından hazırlanmış sarkofaq aşkarlayıblar. Mütəxəssislərin fikrincə, bu tapıntı Santa Klaus haqqında əfsanənin əsasını təşkil edən yunan yepiskopu Müqəddəs Nikolayın dəfn yeridir.

Qaynarinfo "Interesting Engineering" jurnalına istinadən xəbər verir mi, tapıntı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Gələcəyin irsi" adlı layihənin bir hissəsidir. Layihənin rəhbəri dosent Əbra Fatma Fındıkdır.

Sarkofaqın uzunluğu təxminən 2 metr, dərinliyi isə 1,5-2 metrdir. Daş tabutun qaldırılmış qapağı və maili damı var.

Bu tapıntı 1989-cu ildən bəri tədqiq olunan kilsənin ikimərtəbəli əlavəsində aşkarlanıb. Professor Fındık heyvan sümükləri və gil lampaların qalıqlarının aşkarlanmasının burada bir dəfn yeri olduğunu sübut etdiyini bildirib.
 


"Ən böyük ümidimiz sarkofaqın üzərində bir yazının tapılmasıdır. Bu, dəfnin məzmununu dəqiqləşdirməyə və onun aid olduğu dövrü müəyyənləşdirməyə kömək edə bilər", deyə professor vurğulayıb.

Yunan əsilli yepiskop Müqəddəs Nikolay gizli hədiyyələr vermək vərdişi ilə xüsusilə tanınıb ki, bu da Santa Klaus haqqında folklorun yaranmasına səbəb olub. Onun ölümündən təxminən iki əsr sonra, Bizans imperatoru II Feodosiy VI əsrdə onun adına bir kilsə tikilməsini əmr edib. Bu kilsə yepiskopun dəfn yeri üzərində tikilib.

Daha sonra Müqəddəs Nikolayın cəsədi çıxarılaraq həmin kilsədə yenidən dəfn edilib. Lakin XI əsrdə onun qalıqları İtaliyanın Bari şəhərinə aparılaraq San Nikola bazilikasında müqəddəs relikviya kimi saxlanılıb. Birinci səlib yürüşü zamanı venesiyalı dənizçilər onun qalıqlarının əksəriyyətini taparaq Venetsiyadakı San-Nikolo-al-Lido monastır bazilikasına gətiriblər.

1953-cü ildə İtaliyadakı sümük qalıqlarının yoxlanılması onların bir insana aid olduğunu göstərib. Lakin "Archaeology News"un yazdığına görə, bu sümüklərin Müqəddəs Nikolaya məxsus olduğunu müəyyən etmək mümkün olmayıb.

"Bəzi mənbələrə görə, Müqəddəs Nikolay Mira şəhərinin müqəddəs ərazisində dəfn edilib. Kilsə yaxınlığında sarkofaqın tapılması onun məzarının burada olduğunu təsdiqləyə bilər. Bu, Müqəddəs Nikolayın dəfn yeri haqqında tarixi mənbələrin əhəmiyyətli arxeoloji təsdiqidir", deyə Fındık əlavə edib.

Aydın






Seçilən
22
2
qaynarinfo.az

3Mənbələr