İsrailin Xarici İşlər Naziri Gideon Saar ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı baş tutub.
APA xəbər verir ki, israilli nazir bu barədə “X” hesabında yazıb.
“Suriyadakı vəziyyəti, oradakı azlıqların qorunmasının əhəmiyyətini və Suriyanın gələcəyini müzakirə etdik. İranı, onun nüvə proqramının region və dünya üçün yaratdığı təhlükəni vurğuladım. İsrail Yaxın Şərqdə güc və sabitliyin dayaq sütunudur və bu belə də qalacaq”. Təhlükəsizliyimizi təmin etmək üçün atdığımız addımlardan da danışdım", nazir qeyd edib.