Rusiyada “Santa Klaus”la bağlı Baş Prokurorluğa müraciət edilib
Rusiyada “Santa Klaus”u xarici agent kimi tanımaq istəyirlər.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış ictimai fəal Vitali Borodin belə bir təşəbbüslə Baş Prokurorluğa müraciət edib.
İctimai fəalın sözlərinə görə, “Santa Klaus” brendi Rusiyaya dost olmayan ölkələrdə məşhurdur: “Əslində, o bizim ənənəvi “Şaxta baba” obrazını əvəz edir”.