"Bayern Münhen"in qapıçısı Manuel Noyer sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bunu Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Donetsk "Şaxtyor"u ilə qarşılaşacaq Almaniya nəhənginin baş məşqçisi Vensan Kompani matçdan öncə təşkil edilən mətbuat konfransında açıqlayıb.
O, Almaniya Kubokunun 1/8 final oyununda - "Bayer Leverkuzen"ə uduzaraq (0:1) mübarizəni dayandırdıqları matçda qolkiperin qabırğası qırıldığını bildirib. Mütəxəssis Manuelin rəqib oyunçu Jeremi Frimponqa qarşı kobudluq edərək qırmızı vərəqə aldığı epizodda zədələndiyini söyləyib. Kompani təcrübəli "çərçivə" qoruyucusunun ən yaxşı halda, yanvarda sıraya dönəcəyini deyib.
Nihat