AZ

Blinken ABŞ-nin Suriyadakı əsas marağını açıqlayıb

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Vaşinqtonun Suriyada əsas marağının İslam Dövləti terrorçularının meydana çıxmasının qarşısını almaq olduğunu deyib. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə ABŞ Xarici İşlər Nazirliyinin tədbirində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Prezident Bəşər Əsədin devrilməsindən sonra ABŞ-nin Suriyada aydın və uzunmüddətli maraqları var idi. O vurğulayıb ki, Vaşinqtonun əsas maraqlarından biri Suriyadan terrorizm və ekstremizmin ixracının qarşısını almaqdır.

“Biz İŞİD-in yenidən yaranmasının qarşısını almaqda, Suriyada qalan hər hansı kütləvi qırğın silahlarının və ya onun komponentlərinin yanlış əllərə düşməməsində çox maraqlıyıq”, - deyə təşkilatın rəhbəri bildirib.

Seçilən
20
41
qafqazinfo.az

10Mənbələr