Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar və ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- noyanr aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 737 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 348 min manat və ya 44% azdır.
2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyon 085 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 1 milyon 55 min manat təşkil edib ki, bu da illik müqayisədə 262 min manat və ya 33% çoxdur. 2023-cü ilin eyni dövründə 793min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 61% olub. Bu da illik müqayisədə 35% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 26% idi.