Birinci Pyotrun fərmanı oğurlanıb - Foto
Rus hökmdarı, çar birinci Pyotrun 1723-cü ildə verdiyi fərmanın orijinal nüsxəsi Rusiya arxivindən oğurlanıb. Belə bir oğurluq barədə, bu tarixi sənəd İspaniyada hərraca çıxarılan zaman xəbər tutublar.
Reyting.az "İzvestiya" nəşrinə istinadla bildirir ki, I Pyotrun fərmanı Rusiya Dövlət Hərb Tarixi Arxivindən (RGVIA) yoxa çıxıb.
Nəşr etibarlı mənbəyə istinadla bildirir ki, söhbət arxiv üçün ən qiymətli sənədlərin siyahısında olan, I Pyotrun öz imzasının və möhürünün olduğu, 11 noyabr 1723-cü il tarixli fərmanından gedir. Rus dövlətinin hökmdarının verdiyi bu sənəddə Don, eləcə də Voronej vilayətində kömürün və filizin hasilatından bəhs olunur.
Birinci Pyotrun fərmanı olan bu qədim və tarixi sənədin hansı yolla "International Autograph Auctions Europe S.L." hərrac evində peyda olduğu bilinmir. İspaniyada rus çarına aid olan bu sənəd hətta satış məqsədilə lot rəsmi internet saytında da yerləşdirilib.
Rusiyalı, həmçinin avropalı mütəxəssislər yoxlama aparardıqları zaman məlum olub ki, arxivdən yoxa çıxan bu tarixi sənəd hərracda yerləşdirilən fərmanla tamamilə eynidir.
Oqtay QORÇU