Pıçıltı nitqini bir qulağın 1 metrdən (1 metr daxil olmaqla) az olmayan (80 dB və aşağı), digər qulağın 4 metrdən (4 metr daxil olmaqla) az olmayan (30 dB və aşağı) məsafədən eşitməsi və ya hər iki qulağın 3 metrdən (3 metr daxil olmaqla) az olmayan (40 dB və aşağı) məsafədən eşitməsi “Xəstəliklər cədvəli”nin I-II qrafaları üzrə şəhadətləndirilənlər üçün hərbi xidmət keçməyə mane olmur.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Hər iki qulağın karlığı və ya lal-karlıq tibb müəssisələri, nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxslərə aid təşkilatlar və təhsil müəssisələri tərəfindən təsdiq edilməlidir.