AZ

"Time" jurnalı "İlin adamı" adına namizədləri AÇIQLADI

ABŞ prezidenti seçkisində qalib gələn Donald Tramp, onun müttəfiqi, sahibkar İlon Mask, "Meta" korporasiyasının qurucusu Mark Zukerberq və Trampın demokrat rəqibi, ABŞ vitse-prezidenti Kamala Harris "Time" jurnalının versiyasına görə 2024-cü ildə "İlin adamı" adına namizədlərin qısa siyahısına daxil ediliblər.

Valyuta.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Telekanalın məlumatına görə, Britaniya şahzadəsinin həyat yoldaşı Keyt Middlton, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauel də bu titul uğrunda mübarizə aparırlar.

Bundan əlavə, məşhur amerikalı komediya aktyoru Co Roqan, Meksika Prezidenti Klaudiya Şeynbaum və rusiyalı müxalifətçi Yuliya Navalnaya da "İlin adamı" ola bilər.

Telekanalın məlumatına görə, "İlin adamı" dekabrın 12-də bəlli olacaq.

Keçən il illik reytinqə Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Tszinpin və Barbini geridə qoyan məşhur amerikalı müğənni Teylor Svift başçılıq edib.

©Oxu. Az

Seçilən
20
2
valyuta.az

10Mənbələr