Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra bir sıra ölkələrin bu ölkəyə münasibəti daha konkretləşib. Xarici medianın yazdığına görə, bir sıra ölkələr bundan sonra suriyalı qaçqınlara sığınacaq verməyi düşünmür. Belə ki, Çexiya, Danimarka, Norveç, Belçika və Finlandiyanın hakimiyyət orqanları suriyalı qaçqınların sığınacaq müraciətlərinə baxmayacaq. Məlum olub ki, bu ölkələr Suriyadakı qeyri-müəyyən vəziyyətə görə oradan gələnlərin işinə baxılmasını dayandırmaq qərarına gəliblər.
Bundan əvvəl də Avstriya və Almaniya da daxil olmaqla, bir sıra digər Avropa İttifaqı dövlətləri də suriyalılara qaçqın statusu verilməsini dayandırıb.
Mətləb