AZ

Çinli şahmatçı hesabı bərabərləşdirib

Şahmat üzrə dünya çempionu adı uğrunda qarşılaşmanın 12-ci oyunu başa çatıb.

İdman.biz xəbər verir ki, şahmat tacının hazırkı sahibi çinli Dinq Liren hindistanlı qrossmeyster Qukeş Dommaracuya qalib gəlib - 1:0.

Nəticədə qarşılaşmanın ümumi hesabı yenidən bərabərləşib - 6:6.
11-ci oyunda Qukeş qalib gəlmiş, ona qədər ardıcıl yeddi oyun isə heç-heçə başa çatmışdı.

Qeyd edək ki, noyabrın 23-də Sinqapurda başlayan qarşılaşma dekabrın 15-ə kimi davam edəcək. Şahmatçılar 14 görüş keçirəcəklər, hesab heç-heçə olduqda tay-brek təyin olunacaq.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr