AZ

184 nəfər öldürüldü: Banda başçısı uşaq xəstəliyinə görə, qətliam törədildi

Haitidə bandalardan birinin başçısı qətliam baş törədib. O, rayonlardan birinin yaşlı sakinlərini övladının xəstələnməsinə səbəb olan cadugərlikdə ittiham edib.

 

Sfera.az xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə rəhbəri Haitinin paytaxtında ötən həftə sonu 184 nəfərin həlak olduğunu bildirib. 

 

Təkcə keçən həftə sonu Haitinin paytaxtı Port-au-Prinsdə, Cité Soleil bölgəsində güclü bir dəstə lideri tərəfindən təşkil edilən zorakılıqda ən azı 184 nəfər öldürülüb”– deyə Volker Türk bildirib.

 

Qeyd olunur ki, dəstə başçısı yaşlı insanların cadu yolu ilə övladına xəstəlik törətməkdən şübhələndiyi üçün onların qırğınını təşkil edib. Hüquq müdafiəçilərinin sözlərinə görə, qurbanların hamısının yaşı 60-dan yuxarı olub.

 

“Wharf” bandasının lideri Jeremie Monel "Mikano" Feliks, uşağı xəstələndikdən sonra qırğın əmrini verib. O, bölgədəki təqaüdçüləri cadu səbəbiylə uşağa zərər verməkdə günahlandıran bir Voodoo keşişindən məsləhət istəyib.

 

Dəstə üzvləri cümə günü ən azı 60, şənbə günü isə 50 nəfəri pala və bıçaqla qətlə yetiriblər.

 

Wharf Ceremie bandasına rəhbərlik edən Feliksin 2022-ci ildə qonşu Dominikan Respublikasına girişi qadağan edilib.

 

Aysel

Seçilən
29
sfera.az

1Mənbələr