İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına məktub göndərərək, Tehranın Suriyadakı diplomatik və konsulluq obyektlərinə hücumları kəskin şəkildə pisləyib.
Axar.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
“İranın diplomatik və konsulluq məkanlarının və nümayəndələrinin toxunulmazlığına beynəlxalq hüquqa uyğun olaraq hörmət edilməlidir. Heç bir şəxsin, qrupun və ya dövlətin bu cür pozuntuları törətmək və ya onlara kömək etmək hüququ yoxdur. İran Təhlükəsizlik Şurasından diplomatik heyətin və obyektlərin təhlükəsizliyini təmin etmək və bu cür hücumların təkrarlanmasının qarşısını almaq üçün lazımi tədbirlər görməsini istəyir”, - İrəvani məktubda qeyd edib.