AZ

Zelenski Tramp ilə görüşdə Ukraynanın NATO-ya üzv olmasını tələb etdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin seçilən prezidenti Donald Tramp Parisdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Bloomberg agentliyinin məlumatına görə, Zelenski görüşdə ABŞ-dən Ukraynanı NATO-ya dəvət etməsini tələb edib.

Zelenski, NATO üzvlüyü üçün təhlükəsizlik zəmanətləri istəyib və danışıqlar prosesinə yalnız "güclü mövqedən" başlamağı vacib hesab edib. O, Ukraynanın bu məqsədə "güclü ordu və uzaq məsafədən zərbə endirə bilmək qabiliyyəti" ilə nail ola biləcəyini bildirib.

Fransa və əlavə hərbi dəstək
Daha sonra Zelenski Fransa prezidenti Emmanuel Makrona müraciət edərək, Qərb hərbçilərinin Ukraynaya göndərilməsini istədi. Bu, Ukraynanın NATO-ya üzv olana qədər qorunmasını təmin edəcəkdi. Trampın isə Ukraynanın daimi dəstəklənməsi məsələsinə skeptik yanaşdığı bildirilib.

Əvvəllər, Zelenski və Makronun Fransız hərbçilərinin Ukraynaya göndərilməsini sürətləndirməyi planlaşdırdığına dair məlumatlar var idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr