AZ

Öldürdüyü şəxsin ürəyini yeyən qatil edam olunacaq

ABŞ -nin Texas ştatında çox sayda insanı öldürən qatil 44 yaşlı Ceyson Tornburq edam cəzasına məhkum edilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Fox News" yazıb. 

Məlumata görə, Tornburq 2021-ci ilin sentyabrında bir motel otağında yeddi gün ərzində üç nəfəri öldürüb: 42 yaşlı David Lueras, 34 yaşlı Lauren Phillips və 33 yaşlı Maricruz Reyes-Matis. Qatil qurbanlarını hamamda bıçaqla parçalayaraq, onları çarpayının altındakı zibil torbalarında gizlədib. 

Tornburq ifadəsində deyib ki, o, həmçinin Luerasın ürəyini yeyib. Daha sonra o, cinayətin izini gizlətməyə çalışıb, qurbanların qalıqlarını avtomobillə ərazidən çıxarıb və zibil qabında yandırıb.

Yanğınsöndürənlər konteynerlərə gələrək yanğını söndürüb və əraziyə polis çağırıblar. Tornburq həbs edildikdən sonra 2021-ci ilin mayında yaşlı otaq yoldaşı Mark Jewelli də öldürdüyünü etiraf edib. O, 2017-ci ildə Arizonada sevgilisi Tanya Beqeyi də öldürüb. Qadını necə vəhşicəsinə döydüyünü heç kim bilməsin deyə onu da yandırıb.

Məhkəmə zamanı Tornburqun vəkilləri onun ruhi xəstə olduğunu sübut etməyə çalışsalar da, onların ifadələri münsiflər heyətini razı salmayıb. 

Ağarza Elçinoğlu 

phrase_var_article.chosen
20
50
unikal.az

10phrase_var_article.sources