AZ

O, heç vaxt belə cəza almamışdı...

Manuel Noyer uzunmüddətli futbolçu həyatında ilk dəfə meydandan qovulub.

“Bavariya”nın qapıçısı Almaniya kubokunun 1/8 finalında “Bayer-04” ilə matçın 17-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Noyer cərimə meydançasından kənara qaçıb və əks-hücumu pozaraq rəqib müdafiəçi Jeremi Frimponq ilə çiyin-çiyinə toqquşub. Rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.

Manuel “Bavariya”da 2011-ci ildən oynayır. O, ötən müddət ərzində bütün turnirlərdə 539 matça çıxıb və 255 oyunda qol buraxmayıb.

Seçilən
30
football-plus.az

1Mənbələr