AZ

Müdafiə Sənayesi Nazirliyi: Texniki anbarda baş vermiş yanğın hadisəsinin səbəbləri araşdırılır

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.

Xəsarət alan olmayıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Seçilən
33
49
azertag.az

10Mənbələr