2025-ci ilin yanvarında astronomiya həvəskarlarını həyəcanlandıracaq inanılmaz səma hadisəsi baş verəcək.
Publika.az xəbər verir ki, Veneradan Neptuna qədər altı planet eyni vaxtda gecə səmasında düzülərək unikal görüntü təqdim edəcək.
Mars, Venera, Yupiter və Saturnu adi gözlə asanlıqla görmək mümkün olacaq. Daha uzaq planetlər olan Uran və Neptunu görmək üçün isə teleskop və ya yüksək güclü durbin istifadə etməli olacaqsınız. Ən yaxşı baxış vaxtı isə gün batdıqdan dərhal sonra olacaq.
Bu nizmlanma zamanı Merkuri də qısa müddət ərzində görünəcək. Geniş üfüq mənzərəsi olan ərazi, tarlalar kimi açıq ərazilərdə olmaq müşahidə şansınızı artıracaq.