AZ

Azərbaycan döyüşçüsü dünya çempionu olub

İndoneziyanın Bali şəhərində MMA və qrapplinq üzrə dünya çempionatına start verilib.

İdman.biz xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisinin idmançıları iki medal qazanıblar.

16 yaşadək MMA döyüşçüləri arasında mübarizə aparan Əli Məmmədov dünya çempionu tituluna sahib çıxıb. 58 kq çəkidə qüvvəsini sınayan təmsilçimiz 1/4 finalda Çexiya idmançısı Oliver Traqan, yarımfinalda Ukrayna döyüşçüsü Yaşeslav Atlasova qalib gəlib. O, həlledici görüşdə neytral statuslu rusiyalı Maksim Dujakla qarşılaşıb. Əli uğurlu seriyanı davam etdirərək, bu rəqibini məğlub edib və qızıl medala yiyələnib.

Şamil Şərifzadə isə gənclərin 79 kq çəkidəki mübarizəsində fərqlənib. O, yalnız finalda uduzaraq gümüş mükafat qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi yarışa ümumilikdə 6 idmançı ilə yollanıb.

İdman.biz

Seçilən
28
7
idman.biz

3Mənbələr