Almaniyada müflisləşən şirkətlərin sayı artır. İqtisadi və siyasi amillər vəziyyəti daha da gərginləşdirə bilər.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada şirkətlərin iflası ilə bağlı getdikcə daha çox xəbər yayılır. Bunu Federal Statistika İdarəsinin rəqəmləri də təsdiqləyir.
Federal Statistika İdarəsinin məlumatına görə, rayon məhkəmələrinin hesabatlarına əsasən, 2024-cü ilin avqust ayında ümumilikdə 1764 korporativ müflisləşmə qeydə alınıb. Oktyabr ayında isə iflaslar əvvəlki ilə nisbətən 22,9 faiz artıb. Nəqliyyat və yükdaşıma sektorları, həmçinin turizm sənayesi və müvəqqəti məşğulluq agentlikləri kimi digər iqtisadi xidmətlər bu vəziyyətdən ciddi mənfi təsir görüb.
2004-cü illə müqayisədə müflisləşmə halları ümumilikdə iki dəfə artıb.
Ağa Dadaşzadə