AZ

Dünya Bankından Ukraynaya 454 milyon dollarlıq yardım

Dünya Bankı səhiyyə sisteminin inkişafı üçün Kiyevə 454 milyon dollar göndərəcək. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Teleqram kanalında məlumat verib.

Məlumata əsasən, dəstək Ukraynanın səhiyyə sistemində islahatların aparılmasına və onun səmərəliliyinin gücləndirilməsinə kömək etmək məqsədi daşıyan THRIVE layihəsi çərçivəsində veriləcək. 

Maliyyələşdirmə Yaponiya Hökuməti, Dünya Bankı və Ukraynaya Yardım, Bərpa, Yenidənqurma və İslahat Etimad Fondunun qrantından ediləcək.

Xatırluki, Dünya Bankı 2022-ci ilin fevralından etibarən Kiyev üçün sosial və humanitar xərclər üçün 40 milyard dollardan çox vəsait toplayıb. Ukrayna bütün öz resurslarını ordunu maliyyələşdirməyə yönəldir və sosial sahənin işi xarici vəsaitlər hesabına təmin edilir.

Seçilən
39
1
operativmm.az

1Mənbələr