UEFA Çempionlar Liqasında bu gün 6-cı tura start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
Gecənin mərkəzi matçında son vaxtlar işləri yaxşı getməyən və 24-cü sırada qərarlaşan “Real” ümumilikdə 9 oyunluq qələbə seriyasına malik “Atalanta”nın qonağı olacaq.
Maraqla gözlənilən başqa bir görüş Almaniyada baş tutacaq. Yüksək pillələrdə qərarlaşan “Bayer” və “İnter” "BayArena"da münasibətlərinə aydınlıq gətirəcəklər.
ÇL-də maksimum nəticə ilə irəliləyən “Liverpul” İspaniya səfərinə yollanacaq. “Qırmızılar” “Jirona” ilə qarşılaşmada zirvədəki yerini möhkəmlətməyə çalışacaqlar.
Qeyd edək ki, turun digər 9 oyunu dekabrın 11-də keçiriləcək.